"Liz Trass vəzifəsindən kənarlaşdırılmalıdır" - Yeni baş nazirə ETİRAZ

 13:13 20.10.2022     396

"Liz Trassın baş nazir vəzifəsində olması tamamilə qeyri-mümkündür. O, vəzifəsindən kənarlaşdırılmalıdır".

Redaktor.az BBC-ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Mühafizəkarlar Partiyasından olan deputatı Krispin Blant deyib.

Onun sözlərinə görə, hazırkı baş nazir Liz Trass partiyaya rəhbərlik etmək qabiliyyətində deyil:

“O, ilk növbədə özünü liderliyə qoymamalı idi".

Kvasi Kvartengin maliyyə nazir vəzifəsindən kənarlaşdırılmasından sonra Trassı ilk dəfə istefaya çağıran Mühafizəkarlar Partiyasının deputatı Blant onu da əlavə edib ki, bu qarışıqlığı dayandırmaq üçün ölkədə konstitusiyaya uyğun dəyişiklik olunmalıdır. Həmçinin növbəti baş nazirin Ceremi Hant və ya Rişi Sunak olmasını vurğulayıb.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən