"İranda indiki vəziyyət şah hakimiyyətinin son ilinə bənzəyir" - Con Bolton

 15:01 20.10.2022     238

Amerikanın keçmiş milli təhlükəsizlik müşaviri və ölkənin BMT-dəki keçmiş səfiri Con Boltonun fikrincə İran rejimi 1979-cu il inqilabından sonra həmişəkindən daha çox avtokratik olub və daxili təzyiq altındadır.

Redaktor.az xəbər verir ki, bu barədə Bolton  oktyabrın 19-da “Deily Teleqraf” qəzetində “İranın avtokratik ayətullahları yıxılmaq üzrədir?” başlıqlı məqaləsində yazıb.

İranın etnik bölgələri arasında etirazların yayılmasını vurğulayan  amerikalı diplomat xatırladıb ki, bu qiyam təkcə təhsilli və şəhərli təbəqələr arasında deyil, həm də marjinal və kənd yerlərində davam edir.

"Rejim etirazçılara vəhşicəsinə cavab verib, ancaq görünən odur ki, ayətullahlar da nümayişçilərin miqyası və qorxmazlığı qarşısında iflic olublar",-  yazan keşmiş müşavir Tehran hökumətinin çaşqın vəziyyətdə olduğunu bildirib.

O, İslam Respublikası sisteminin ideoloji sütunlarından biri olan məcburi hicaba qarşı çıxmasının inqilabın formalaşmasını sürətləndirdiyinə işarə edərək, rejim müxaliflərindən fikir ayrılıqlarını bir kənara qoymalarını istəyib.

Boltonun sözlərinə görə, rejim dəyişikliyi strategiyasına indi qərar verilməsə, bu qiyam İran İslam Respublikasının tarixində növbəti etiraz aksiyasına çevriləcək.

İLTİFAT