KTMT Təhlükəsizlik Şurası Ermənistanla bağlı növbədənkənar sessiya keçirəcək - Zaxarova

 17:25 20.10.2022     378

"Hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasının keçirilməsi məsələsi üzərində iş gedir".

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə KTMT qüvvələrinin Ermənistanda yerləşdirilib-yerləşdirilməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

O, bildirib ki, KTMT-nin keçirilməsi planlaşdırılan növbədənkənar sessiyasında təşkilata üzv ölkələrin liderlərinin videokonfrans rejimində KTMT-nin Ermənistandakı missiyasının işinin yekunlarını müzakirə edəcəkləri gözlənilir.

Rusiya XİN sözçüsü KTMT liderlərinin İrəvana yardımın göstərilməsi ilə bağlı birgə tədbirlərlə bağlı təkliflərə baxacaqlarını da qeyd edib.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən