Putin Kadırovun anasını “Şərəf”ləndirdi

 17:37 20.10.2022     394

Rusiya prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovun anasını “Şərəf” ordeni ilə təltif edib.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, Çeçenistan liderinin anası yüksək mükafata layiq görülüb:

“Rusiya Qəhrəmanı Axmat Kadırov adına Regional İctimai Fondunun prezidenti Kadırova Aymani Nesievna fəal ictimai fəaliyyətinə görə təltif edilsin”, - deyə Putinin imzaladığı sərəncamda deyilir.

Qeyd edək ki, oktyabrın 5-də Putin Ramzan Kadırova general-polkovnik rütbəsi verib.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən