Rusiya işğal etdiyi ərazilərə girişi bağlayacaq

Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın işğal olunmuş ərazilərində “hərbi vəziyyət” tətbiq etməsi ilə əlaqədar ruslar beynəlxalq təşkilatların nümayəndələrinin işğal olunmuş torpaqlara səfərindən imtina edə bilərlər.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bunu Ukrayna Media Mərkəzində keçirilən mətbuat konfransında Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarı Dmitri Lubinets deyib.
Eyni zamanda, Ukrayna Ombudsmanı qeyd edib ki, Ukrayna hökuməti beynəlxalq təşkilatlardan, xüsusən də Beynəlxalq Qızıl Xaç Komitəsindən insan hüquqlarının müdafiəsi üçün fəal addımlar atmağı tələb edir.
Nərmin VÜQARQIZI