İranda mollaları asmaq üçün elektrik dirəkləri rezerv edilir - FOTO
İranda molla rejimindən bezən etirazçılar maraqlı aksiya təşkil ediblər.
Redaktor.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
Belə ki, küçələrdəki işıq dirəklərinə hər birində bir hökumət rəsmisinin adı yazılmış elan vərəqələri yapışdıraraq, həmin hündür dirəyin orada adı yazılan mollanın asılması üçün rezerv olunduğunu qeyd ediblər.
Vərəqələrdə həmçinin bildirilib ki, burada başqa mollanı asmaq olmaz.
Dirəklərə İran prezidenti İbrahim Rəisi ilə yanaşı onun qayınatası Məşhəd şəhərinin imam cüməsi molla Ələmulhudanın da şəkli vurulub.














