Zelenski Lukaşenkonun arvadına sanksiya tətbiq etdi

 19:50 20.10.2022     609

Ukrayna prezidenti Volodimir Zelenski Belarus prezidenti Aleksandr Lukaşenkonun həyat yoldaşı Qalinaya qarşı sanksiyalar barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDX) qərarını təsdiqləyib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, Ukrayna dövlət başçısının saytında dərc olunan sənədə görə, Qalina Lukaşenkoya qarşı sanksiyalar 10 il müddətinə tətbiq edilib. Sanksiyada aktivlərin bloklanması və torpaqların alınmasının qadağası da daxil olmaqla 13 məhdudlaşdırıcı tədbir nəzərdə tutur.

Qeyd edək ki, V.Zelenski 2507 şəxsə və 1374 şirkətə qarşı sanksiyanın tətbiq olunması ilə bağlı fərman imzalayıb. Belarusun Dövlət Hərbi-Sənaye Komitəsi (GVPK), həmçinin “Belspetsvneshtechnika” Dövlət Xarici Ticarət Unitar Müəssisəsi, Müdafiə Təşəbbüsləri MMC və OKB TSP Elmi-İstehsalat MMC də sanksiya tətbiq edilən şirkətlərin siyahısındadılr.

İLTİFAT

Vumart və Güvən reklamı Vumart Güvən