Ukraynada daha bir azərbaycanlı həlak oldu - FOTO

 19:58 20.10.2022     635

Ukraynanın Kiyev vilayətində Rusiyanın İran kamikadze dronları ilə hücumu nəticəsində əslən Azərbaycanın Goranboy rayonundan olan könüllü hərbçi Əli Həsən oğlu Səfərov həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə Şərqi Avropa bürosuna Poltova vilayəti Azərbaycanlıları Radasının sədri Füzuli Qəmbərov məlumat verib.

Onun sözlərinə görə, 1974-cü il təvəllüdlü azərbaycanlı üç gün əvvəl həlak olub.

O, Ukrayna vətəndaşı idi və yaşadığı Poltava vilayətində dəfn olunacaq.