Rusiyada PCR test tələbi ləğv edildi

 09:49 21.10.2022     559

Rusiyada oktyabrın 21-dən xaricdən gələn peyvənd olunmayan ölkə vətəndaşları üçün PCR test tələbi ləğv olunur.

Redaktor.az-ın “TASS”a istinadla məlumatına görə, bu barədə Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsinə Nəzarət üzrə Federal Xidmətindən (“Rospotrebnadzor”) bildirilib.

Qeyd olunub ki, Rusiyaya gələn əcnəbilər də PCR-test verməyə bilər və onlardan yalnızca təqdim olunan anketi doldurmaları tələb olunur.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən