Zelenski Lavrovun arvadı və qızına qarşı sanksiyaları TƏSDİQLƏDİ

 10:26 21.10.2022     529

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya xarici işlər naziri Sergey Lavrovun həyat yoldaşı və qızına tətbiq etdiyi sanksiyalar barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını təsdiqləyib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, Ukrayna prezidentinin saytında dərc olunan sənədə əsasən, Mariya Aleksandrovna Lavrova və Yekaterina Sergeyevna Vinokurova qarşı sanskiyalar 10 il müddətinə tətbiq edilib. Sanksiyada aktivlərin bloklanması və torpaqların alınmasınının qadağası da daxil olmaqla məhdudlaşdırıcı tədbir nəzərdə tutulub.

Eyni sanksiyalar Lavrovun qızının əri Aleksandr Vinokurova qarşı da tətbiq edilib.

Qeyd edək ki, Zelenski Rusiya, Belarus və bəzi digər ölkələrdə ümumilikdə 2507 fiziki şəxs və 1374 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

İyunun 9-da Ukrayna prezidenti Rusiya Prezidenti Vladimir Putinə və xarici İşlər naziri Sergey Lavrov kimi kabinet üzvləri də daxil olmaqla Rusiyanın digər yüksək səviyyəli rəsmilərinə sanksiya tətbiq edib.

Həmidə İbrahimova