Ruslar Xarkova raketlə hücum etdi, yaralılar var

 11:00 21.10.2022     309

Bu gün Rusiya Ukraynanın Xarkov şəhərinə yenidən raketlə hücum edib. Zərbələr şəhərin Kiyevski rayonunda yerləşən sənaye infrastrukturu obyektinə qeydə alınıb.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə şəhərin meri İqor Terekhov teleqram səhifəsində məlumat verib.

“Xarkovda silsilə partlayışlar baş verir”,- deyə o, şəhər əhalisini diqqətli olmağa çağırıb.

İlkin məlumata görə, 6 nəfər xəsarət alan var. 

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən