İmran Xana ömürlük QADAĞA

 15:27 21.10.2022     645

Pakistanın Seçki Komissiyası keçmiş baş nazir İmran Xanın siyasətlə məşğul olmasına qadağa qoyub.

Redaktor.az xəbər verir ki, buna səbəb İmran Xanın hakimiyyəti dövründə aldığı hədiyyələrin detallarını açıqlamaqdan imtina etməsi olub.

İddia edilir ki, İmran Xan aldığı hədiyyələri satıb.

Məlumata görə, Pakistanın Seçki Komissiyası İmran Xan barəsində hədiyyə məsələsinin koalisiya hökumətinin şikayəti əsasında araşdırıb.

Qeyd edək ki, Pakistan qaydalarına görə, Baş nazirlər, nazirlər və məmurlar aldıqları hədiyyələrin detalları barədə müvafiq quruma məlumat verməyə məcburdur.