Türkiyənin “Tayfun” ballistik raketinə sahib olduğu TƏSDİQLƏNDİ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin oktyabrın 18-də gizli şəkildə sınaqdan keçirilmiş yeni “Tayfun” ballistik raketinə sahib olduğunu təsdiqləyib.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.
“İndi bizim “Tayfun”umuz var və bu bizim məlum ünvanlara mesajımızdır”, - o, İstanbul Universitetində çıxışı zamanı bildirib.
Türkiyə Prezidenti iqtisadiyyatın mühüm sahələrindən birinin müdafiə sənayesi olduğunu vurğulayıb:
“Ədalət və İnkişaf Partiyasının hakimiyyətdə olduğu illərdə Türkiyənin müdafiə məmulatlarının ixracının həcmi 250 milyon dollardan 3 milyard dollara yüksəlib”.
Dövlət başçısı Türkiyədə 20 il ərzində müdafiə layihələrinin sayının 62-dən, təxminən, 750-yə çatdığını, büdcənin isə 5,5 milyard dollardan 75 milyard dollara yüksəldiyini deyib.
İLTİFAT












