Ukrayna Qolodomor faciəsini soyqırım kimi tanımağa çağırdı

 18:17 21.10.2022     388

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bütün ölkələrin parlamentlərinə Qolodomor faciəsini soyqırım kimi tanımağa çağırıb.

Redaktor.az xəbər verir ki, o, bu barədə tviter səhifəsində paylaşım edib.

D.Kuleba dünya parlamentlərini SSRİ-nin o zamankı rəhbəri İosif Stalinin 1932-1933-cü illərdəki Qolodomor faciəsini soyqırım kimi tanımasını istəyib: "İndi Rusiyanın növbəti soyqırımı törətdiyi bir vaxtda bu, çox vacibdir”.

Xatırladaq ki, 1932-1933-cü illərdə Ukraynanın Kuban əyalətində süni qıtlıq yaranmışdı. Hadisə nəticəsində 8 milyondan çox insan ölüb.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən