Xerson vilayətində 88 yaşayış məntəqəsi rus işğalçılardan AZAD EDİLİB

 18:27 21.10.2022     224

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində indiyədək 88 yaşayış məntəqəsini işğaldan azad edib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müavini Kirilo Timoşenko bildirib.

“Xersonda 88 yaşayış məntəqəsi işğaldan azad edilib”, - məlumatda deyilir.

O, həmin ərazilərdə 11 827 mülki şəxsin yaşadığını söyləyib: "Onlara lazımi humanitar yardım göstərilir. Həyat təminatı üçün zəruri obyektlər də bərpa olunur. Yollar təmizlənir, mobil rabitə bərpa olunur".