ABŞ Ukraynaya hərbi yardımın davam etdirəcəyinə söz verdi

 20:47 21.10.2022     161

ABŞ-ın müdafiə naziri Lloyd Ostin ukraynalı həmkarı Oleksiy Reznikov ilə söhbəti zamanı Ukraynaya hərbi yardım göstərilməsinin davam etdiriləcəyinə söz verib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Müdafiə naziri Lloyd Ostin Oleksiy Reznikovla danışarkən ABŞ-ın Ukraynanın Rusiyaya qarşı mübarizə aparmaq qabiliyyətini dəstəkləməkdə tərəddüdsüz yardım siyasətinə sadiq qalacağını bir daha təsdiqləyib”, - bəyanatda deyilir.

Qeyd olunur ki, Ostin, həmçinin Ukraynanın möhkəmliyini və gücünü artırmaqda, gələcəkdə ölkənin özünü müdafiə etmək qabiliyyətini qorumaqda beynəlxalq ictimaiyyətin davamlı dəstəyini də vurğulayıb.