Təbriz savaş meydanını xatırladır - VİDEO

Bu gün İranın repressiv qüvvələri Təbrizdə gəncləri təqib edib, polis gözyaşardıcı qazdan istifadə edib.
Redaktor.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, narazı gənclər yollarda barikadalar qurub, təkərlər yandırıblar.
Bugünki Təbriz əsl savaş meydanını xatırladır.
Təbrizdə keçirilən etiraz aksiyasında etirazçılar şüarlar səsləndirərək repressiv qüvvələrə müraciət ediblər.