Türkiyədə “Bomba zarafatı” uçuşu ləğv etdirdi

Türk Hava Yollarının (THY) Lissabon-İstanbul reysi zamanı sərnişinlərdən biri təyyarədə bomba olduğunu bildirib.
Redaktor.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb edilib və təyyarə təhlükəsiz yerə çəkilib.
Axtarışlar zamanı heç bir neqativ hal aşkarlanmayıb. “Bomba zarafatı” etdiyi anlaşılan sərnişin nəzarətə götürülüb.
Prosedurların uzun sürməsi səbəbindən uçuş heyətinin iş saatları bitdiyi üçün uçuş təxirə salınıb.