İtaliyanın ilk qadın baş naziri yeni hökumət qurur

 23:16 21.10.2022     119

İtaliya Prezidenti son seçkilərdə ən çox səs toplayan 45 yaşlı Corca Meloniyə hökumət qurmaq üçün mandat verib.

Redaktor.az xəbər verir ki, bu barədə İtaliya Prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Prezident Corca Meloniyə hökumət qurmaq üçün mandat verdi, o da bunu qəbul etdi”, - deyə rəsmi məlumatda bildirilir.

Meloninin sağ mərkəzçi “İtaliya qardaşları” partiyası seçkilərdə 24,6% səs toplayıb. Yeni hökumət oktyabrın 22-də and içəcək.

Qeyd edək ki, 45 yaşlı Corca Meloni İtaliyanın ilk qadın baş naziri olub.