Bayden növbəti dəfə prezident olmaq istəyir

 09:24 22.10.2022     338

ABŞ prezidenti Co Bayden 2024-cü ildə keçiriləcək seçkilərdə dövlət başçısı postu uğrunda mübarizədə iştirak etmək niyyətində olduğunu, lakin hələlik bununla bağlı yekun qərar vermədiyini bildirib.

Redaktor.az-ın məlumatına görə, bu barədə Bayden "MSNBC" televiziya kanalına müsahibəsində danışıb.

"Rəsmi qərar verməmişəm, amma niyyətim budur. Mənim niyyətim yenidən namizəd olmaqdır və bu qərarı vermək üçün vaxtımız var", - deyə ABŞ prezidenti qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən