ABŞ-da təyyarə yaşayış binasına çırpıldı, ölənlər var

ABŞ-ın Nyu Hempşir ştatının Kin şəhərində təyyarə yaşayış binasına çırpılıb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, təyyarədə olanların hamısı həlak olub.
Yaşayış binasının sakinləri arasında tələfatın olmadığı bildirilir.
Təyyarənin göyərtəsində neçə nəfərin olduğu hələ ki məlum deyil. Federal Aviasiya Administrasiyasının (FAA) məlumatına görə, bu, tək mühərrikli təyyarədir.
Nərmin VÜQARQIZI