Hindistanda ağır qəza - 15 ölü, 40 yaralı -Video

 10:40 22.10.2022     365

Hindistanın Madhya-Pradeş ştatında sərnişin avtobusu ilə yük avtomobili toqquşub.

Redaktor.az NDTV-yə istinadən xəbər verir ki, insident cümə günü axşam Reva dairəsində baş verib.

Hadisə nəticəsində azı 15 nəfər həyatını itirib, 40-a yaxın insan yaralanıb.

Yaralılar xəstəxanalara çatdırılıb, bəzilərinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən