Azərbaycanda qəzaya düşən Binəli İldırım əməliyyat olundu

Azərbaycanda yol qəzasına düşən, Türkiyənin keçmiş baş naziri, AKP-nin sədr müavini Binəli Yıldırım cərrahiyə əməliyyatı olunub.
Redaktor.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazirin sözlərinə görə, İstanbuldakı klinikalardan birində müalicə alankeçmiş baş nazirin səhhəti hazırda yaxşıdır.
Nazir həmçinin B.Yıldırımla birlikdə qəzada xəsarət alan, partiyanın istanbullu deputatı Şamil Ayrımın da səhhətinin normal olduğunu vurğulayıb.
Səhiyyə naziri B.Yıldırımın başının dərisində toxuma itkisi səbəbindən toxuma transplantasiyası əməliyyatının icra edildiyini qeyd edib.