Almaniyalı milyonçu qəzada öldü
Almaniyada ən böyük fitnes-klublar şəbəkəsinin "McFit"in təsisçisi, milyonçu Rayner Şaller Kosta-Rika sahillərində baş vermiş təyyarə qəzasında həlak olub.
Redaktor.az xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb.
Milyonçunun şəxsi təyyarəsilə Meksikadan Kosta-Rikaya uçarkən, yanında sevgilisi Kristiana Şikorski, onların uşaqları Aron və Fin, eyni zamanda, Markus Kurrek adlı bir şəxs də olub.
Qəza ilə bağlı təfərrüat açıqlanmayıb.












