Ukraynada milyonlarla insan işıqsız qaldı

 17:59 22.10.2022     473

Oktyabrın 22-də Rusiyanın Ukraynanın infrastrukturuna genişmiqyaslı hücumu nəticəsində 7 rayonda 1,5 milyona yaxın abonentin elektrik enerjisi təchizatı dayandırılıb.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

“Düşmən ölkəmizin müxtəlif bölgələrində enerji obyektlərinə zərbələr endirməkdə davam edir. Mütəxəssislər dərhal zərər görmüş ərazilərdə təmir işlərinə başlayırlar! İşıq olacaq! Qənaət haqqında unutmayın!", - rəsmi məlumatda bildirilib.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən