Ruslar Ukraynaya 36 ballistik raket atdı - Zelenski
Bu gün Rusiya Ukraynaya 36 raket atıb.
Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
"Gecədən başlayaraq düşmən kütləvi hücuma keçib, atılan 36 ballistik raketin əksəriyyəti vurulub. Hava hücumundan müdafiə qüvvələrinə təşəkkür edirik", - o deyib.
Xatırladaq ki, bu gün səhər saatlarında Ukraynanın hər yerində hava xəbərdarlığı elan edilib.
Tunar Altunbay












