Rusiyada hərbi təyyarə yaşayış binasının üzərinə düşdü - Ölənlər var -YENİLƏNİB
Rusiyanın İrkutsk vilayətində "Su-30" hərbi təyyarəsi ikimərtəbəli yaşayış evinin üzərinə düşməsi nəticəsində iki pilot həlak olub.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirlib.
Məlumata görə, sakinlər arasında itki yoxdur.
Qeyd edək ki, Rusiyanın İrkutsk vilayətində "Su-30" hərbi təyyarəsi ikimərtəbəli yaşayış evinin üzərinə düşüb. Hadisədən sonra başlayan yanğının sahəsi 200 kv.m-ə çatıb.
***
Rusiyada hərbi təyyarə ikimərtəbəli evin üzərinə düşüb
Redaktor.az TASS-a istinadən xəbər verir ki, İrkutskda baş verən hadiisədə ölən və yaralılar barədə dəqiq məlumat yoxdur.
Tunar Altunbay












