Etirazçılarla polis arasında TOQQUŞMA

Moldovanın paytaxtı Kişinyovun mərkəzində polis əməkdaşları ilə etirazçılar arasında toqquşma olub.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, polis nümayişçilərin şəhər mərkəzinə girişini əngəlləyib.
Məlumata görə, etirazçılar bir neçə dəfə polis kordonunu yarmağa cəhd edib.
Aksiya zamanı bir neçə nəfər saxlanılıb. Hüquq-mühafizə orqanları şəhərin mərkəzini mühasirəyə alıb. Vətəndaşların yoxlanıldığı bildirilir.