İran Rusiyanın köməyinə çatdı

 18:45 23.10.2022     207

İran müvafiq müqavilə çərçivəsində Rusiyaya 40 qaz turbini tədarük edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə İranın Qaz Mühəndisliyi Şirkətinin (IGEDC) icraçı direktoru Reza Noşədi bildirib.

“Qaz sənayesinin işləməsi üçün lazım olan avadanlıq və qurğuların 85%-i İranda istehsal olunur. Bu səbəbdən də, biz Rusiya ilə 40 qaz turbininin tədarükünə dair müqavilə imzalamışıq”, - şirkət rəhbəri deyib.

Xatırladaq ki, bir müddət öncə İranın neft naziri Cavad Ouci Rusiya və İran arasında neft-qaz sənayesi üzrə 40 milyard dollardan çox sövdələşmələr bağlandığını elan etmişdi.