İsrail hökuməti Baş Qərargahın yeni rəhbərinin namizədliyini təsdiqlədi

 19:00 23.10.2022     356

İsrail hökuməti Baş Qərargahın yeni rəhbəri general-mayor Herzl Halevinin namizədliyini təsdiqləyib.

Redaktor.az xəbər verir ki, bu barədə İsrailin "Ediot Ahronot" nəşri məlumat yayıb.

İsrail Müdafiə Qüvvələrinin 23-cü Baş Qərargah rəisi 2023-cü il yanvarın 17-də vəzifəsinin icrasına başlayacaq və o, vəzifəsini tərk edən general-leytenant Aviv Koçavini əvəz edəcək.

Halevi bundan əvvəl Baş Qərargahın Kəşfiyyat İdarəsinin Əməliyyat İdarəsinə rəhbərlik edib. Hazırda isə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisinin müavinidir.

Vumart və Güvən reklamı Vumart Güvən