NATO Gürcüstanda hücum hazırlığı həyata keçirdi
NATO-nun çevik cavab qüvvələrinə daxil olan Gürcüstan silahlı qüvvələrinin 4-cü mexanikləşdirilmiş briqadasının yüngül piyada batalyonunun “Alfa” dəstəsi hücum əməliyyatına hazırlıq məşqlərini həyata keçirib.
Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Hücum əməliyyatına hazırlaşdıqdan sonra “Alfa” dəstəsi reydlər və tibbi evakuasiya tapşırıqlarını yerinə yetirib. Onlara hərbi polis bölməsi dəstək verib”, - deyə məlumatda bildirilib.
Mətbuat xidmətinin məlumatına görə, müşahidəçilər hərbçilər və onların komandirlərinin hərəkətlərini müsbət qiymətləndiriblər. Təlimlərə ABŞ-dan gətirilən pikaplar əsasında Gürcüstanda hazırlanmış “Didqori” zirehli texnikası da cəlb olunub.
Xatırladaq ki, “Alfa” NATO tərəfindən 2016-cı ilin mayında sertifikatlaşdırılıb. Alyans ondan öz vəzifələrini yerinə yetirmək üçün istifadə edə bilər.












