Salman Rüşdinin son vəziyyəti: Gözü görmür, bir əli işləmir

 01:32 24.10.2022     377

Bir neçə ay əvvəl bıçaqlı hücuma məruz qalan məşhur yazıçı Salman Rüşdinin son vəziyyəti açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə yazıçının nümayəndəsi Endryu Vayli "Sky news" nəşrinə məlumat verib.

Bildirilir ki, avqustda bıçaqlı hücuma məruz qalan yazıçının bir gözü görmür, əlinin birini də hərəkət etdirə bilmir.

Hücum zamanı Rüşdi boynundan 3 bıçaq zərbəsi alıb, sinirlərdən bəziləri zədələnib. Bədəninin digər yerlərində 15 bıçaq yarası aşkarlanıb.

Xatırladaq ki, Nyu-Yorkda yaşayan Salman Rüşdi avqustun 12-də Chautauqua İnstitutunda mühazirə oxumaq üçün kürsüyə çıxarkən bıçaqlı hücumla üzləşib.

Yazıçının 1989-cu ildə qələmə aldığı "Şeytan ayələri" kitabı satışa buraxılan gündən çox böyük səs-küyə səbəb olmuş, hətta İranın dini lideri Ayətullah Xomeyni tərəfindən Rüşdi haqqında ölüm fətvası verilmişdi.

Kitabda İslam dininə xas təməl prinsiplərinin müasir dövrlə uyğunlaşdırılması halları yer alıb. Bu kimi hallar İslam dininə qarşı həqarət kimi qəbul edildiyindən müəllif dəfələrlə ölüm hədələrinə məruz qalıb.