İranlı ekspertdən Naxçıvanla bağlı təxribat xarakterli AÇIQLAMA - FOTO

 23:30 23.10.2022     372

İranlı ekspert Naxçıvanla bağlı təxribat xarakterli açıqlama verib.

Redaktor.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalında məlumat paylaşılıb.

Özünü “siyasi ekspert” kimi təqdim edən və daim qatı anti-Azərbaycan açıqlamaları ilə gündəmə gələn Rza Abbasi şəxsi “Twitter” hesabında Naxçıvanın Came məscidinin şəklini paylaşaraq yazıb:

“Bura Naxçıvandır, görünür ilk öncə İranın Qüdsünü azad etməliyik”.