Haker qrupu İranın atom enerjisi təşkilatı ilə bağlı məlumatlar yaydı - FOTO

 23:45 23.10.2022     147

“Black Reward” və “Anonymous” haker qrupları İranın atom enerjisi təşkilatının istehsalı və inkişafı ilə bağlı bəzi məlumatları yayıb.

Redaktor.az xəbər verir ki, dərc edilmiş sənədlərdə Buşehr atom enerjisi stansiyasının müqavilələri, idarəetmə və istismar cədvəlləri, işçilərin texniki şərtləri və əmək haqqı vərəqələri, orada çalışan iranlı və rusiyalı mütəxəssislərin vizaları və SEPAHA-a bağlı bir təşkilat 700 min ABŞ dolları dəyərində müqavilə sənədi var.

“Black Reward” haker qrupu “Anonymous” ilə birgə İslam Respublikasının atom enerjisi şirkətinin istehsalı və inkişafı ilə bağlı bəzi məlumatları dərc edib.