"Red Bull" brendinin yaradıcısı vəfat edib

 09:11 24.10.2022     365

“Red Bull” enerji içkisi brendinin yaradıcısı, avstriyalı milyarder Ditrix Mateşits vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə “Formula 1”in rəsmi saytında məlumat yerləşdirilib.

İdman, media, daşınmaz əmlak və qastronomiya sahələrində şirkətlərə sahib olan iş adamı 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, “Forbes“ nəşrinin 2022-ci il reytinqində D. Mateşits 27,4 milyard ABŞ dolları sərvətlə dünya üzrə 51-ci yerdə qərarlaşıb. Avstriyanın ən zəngin insanı olan D. Mateşitsin ölümündən sonra şirkətlərdəki payına oğlu Mark Mateşitsin rəhbərlik edəcəyi gözlənilir.

 

 

Vumart və Güvən reklamı Vumart Güvən