Ukrayna ordusu işğalçılara dəhşət yaşatdı - Daha 470 Rusiya hərbçisi MƏHV EDİLDİ

 12:06 24.10.2022     468

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 67940 (+470) nəfər canlı qüvvəsi, 2590 (+6) tank, 5295 (+11) zirehli döyüş maşını, 1673 (+6) artilleriya sistemi, 375 (+1) reaktiv yaylım atəşi sistemi, 189 (+0) hava hücumundan müdafiə sistemi, 270 (+0) təyyarə, 245 (+0) helikopter, 1370 (+9) PUA, 350 (+0) qanadlı raket, 16 (+0) gəmi, 4044 (+5) avtomobil texnikası və avtosistern, 149 (+1) xüsusi texnikası məhv edilib.

T.İSMAYIL

2
Vumart və Güvən reklamı Vumart Güvən