Kommunist Partiyası Çin milyarderlərə böyük ziyan vurdu

 09:21 25.10.2022     335

Si Cinpinin üçüncü müddətə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi seçilməsindən sonra Çinin ən varlı adamları şirkət səhmlərinin ucuzlaşması nəticəsində 9 milyard dollar itiriblər.

Redaktor.az "gazeta.ru"ya istinadla xəbər verir ki, “Tencent” telekommunikasiya holdinqinin təsisçisi Ma Huaten və əczaçılıq biznesinin sahibi Çjun Şanşan oktyabrın 24-də Honq Konq birjasının açılışı zamanı hər biri 2 milyard dollar zərərə uğrayıblar.

Qeyd edək ki, maliyyə bazarlarında Si Cinpinin üçüncü müddətə seçilməsi şəxsi biznesin sıxışdırılması siyasətinin davamı kimi qiymətləndirilib.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən