Rusların Ukraynada öldürdüyü və oğurladığı uşaqların sayı AÇIQLANDI

 09:34 25.10.2022     382

Ukraynada müharibə nəticəsində indiyədək 430 uşaq həlak olub, 236-sı itkin düşüb. Daha 820 azyaşlı isə yaralanıb.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, ölkənin milli polis rəisi İqor Klimenkonun sözlərinə görə, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu başlayandan bəri itkin düşmüş 6915 uşaq tapılıb, 236 uşaq isə hələ də axtarışdadır.

“Biz itkin düşmüş 6915 uşağı tapdıq. 236-sı hələ axtarışdadır. Ümumilikdə, atəş və hərbi əməliyyatlar nəticəsində 430 uşaq ölüb, 820 uşaq yaralanıb”, - Klimenko qeyd edib.

Tunar Altunbay