Ukraynada son sutkada 3 rus helikopteri vuruldu

 09:52 25.10.2022     497

Ukrayna Silahlı Qüvvələri gün ərzində cənub istiqamətində rus işğalçılarının üç helikopterini və döyüş sursatı dolu üç anbarını məhv edib.

Redaktor.az xəbər verir ki, bu barədə “Cənub” əməliyyat komandanlığının məlumatında deyilir.

"Cənubi Buj istiqamətində əməliyyat zonasında vəziyyət stabil olaraq gərgin olsa da, Ukrayna Hərbi Qüvvələrinin nəzarəti altındadır. İşğalçılar fəal şəkildə müdafiə edir və işğal olunmuş əraziləri saxlamağa çalışır. Düşmən cəbhə xətti boyunca reaktiv artilleriyadan, o cümlədən uzaqvuran toplardan istifadə etməklə Nikolaev vilayətinə hücumlar həyata keçirib, orada günəş panellərini zədələsə də, insan itkisi təlafatı yoxdur”, - məlumatda deyilir.

İki müxtəlif istiqamətdə düşmən hücumAa keçsə də, itki verərək geri çəkilib.

"Berislav vilayətində düşmənin hava kəşfiyyatı uğursuzluqla nəticələnib - "Orlan-10" tipli PUA məhv edilib. Düşmənin 4 dəfə həm ordusu, həm də hücum aviasiyası təmas xətti boyunca mövqelərə hücum edib. Zenit raket bölmələrimiz 3 "Ka-52" helikopterini məhv edilib.

Bundan başqa "Şahed-131" İran PUA-sı yerə endirilib və öyrənilməsi üçün mütəxəssislərə təhvil verilib. Təyyarəmiz düşmənin hava hücumundan müdafiə mövqelərinə, güclü nöqtəsinə və düşmənin, onun silah və texnikasına 5 dəfə hücum həyata keçirib",- hesabatda qeyd olunub.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən