Norveçdə hərbi obyektlərin fotolarını çəkən iki rusiyalı həbs edildi
Norveçin Nordland bölgəsində hərbi obyektlərdə çəkiliş aparan iki rusiyalı saxlanılıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Yevropeyskaya pravda" məlumat yayıb.
“Nordland polisi rayonun şimalında iki Rusiya vətəndaşının həbs edildiyini təsdiqləyə bilər. Onlar qanunsuz foto çəkməkdə ittiham olunublar. İstintaq aparılacaq”, - deyə polis vəkili və Şimali Nordland Respublika Prokurorluğunun rəhbəri Steffen Ravnosen bildirib.
Qeyd edək ki, Rusiyaya qarşı sanksiyalar səbəbindən Rusiya vətəndaşlarına Norveç ərazisində pilotsuz uçan aparatlardan istifadə etmək qadağandır.












