Azərbaycanlı alim Antalyada Beynəlxalq Simpozyumda iştirak etdi - VİDEO

 13:12 25.10.2022     488

21-23 oktyabr tarixlərində Türkiyənin Antalya şəhərində Türkiyə Polis Akademiyası, Türkiyə Təhlükəsizlik Elmləri İnstitutu və Türkiyə Cinayət Araşdırmaları və Kriminologiya Araşdırma Mərkəzinin təşkilatçılığı ilə “I Beynəlxalq Cinayət Tədqiqatları Simpoziumu” (“I Uluslararası Suç Araştırmaları Sempozyumu”) təşkil edilib. Bu tədbir son illərdə Tükiyədə keçirilən ən böyük təbirlərindən biri olub öz beynəlxalq əzəməti baxımından fərqlənib.
Sözügedən simpoziumda: Türkiyə daxili işlər nazirinin müavini İsmail Çatakli, Antalya valisi Ersin Yazıcı, Polis Akademiyasının rektoru Prof. Dr. Yılmaz Çolak, Samsun Təhlükəsizlik Müdiri Ömer Urhal, Konya Təhlükəsizlik Müdiri  Engin Dinç, Antalya Təhlükəsizlik Müdiri Orhan Çevik, Antalya Jandarma Komandanı, Briqada Generalı Tarık Hekimoğlu, Karaman Təhlükəsizlik Müdiri  Ayhan Taş, Sinop Təhlükəsizlik Müdiri Tarıkhan Çetiner, Polis Rəisləri Tədris Mərkəzinin müdiri Prof. Dr. Orçun İmga, Türkiyə Polis Baş Müfəttişi Orhan Secgin və başqa yüksək çinli nümayəndələr Simpoziumda iştirak ediblər.
“I Beynəlxalq Cinayət Tədqiqatları Simpozimu”nun işinə eləcə də Beynəlxalq Cinayət Polisi İdarəsindən- İnterpol Təşkilatından, Türkiyə Cümhuriyyətinin Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Ailə və Sosial Xidmətlər Nazirliyi, Milli Təhsil Nazirliyi, Xəzinə və Maliyyə Nazirliyindən, Mərkəzi Təhlükəsizlik Baş İdarəsi, Jandarma Baş Komandanlığı, Sahil Mühafizəsi Komandanlığı, Jandarma və Sahil Təhlükəsizlik Akademiyası, Türkiyə İnsan Hüquqları və Bərabərlik Təşkilatı, Türkiyə Polis Peşə Yüksekokulu və Polis Peşə Təhsil Mərkəzinin müdirləri və yüksək rütbəli şəxsləri də qatııblar.  

Bu nüfuzlu Beynəlxalq tədbirdə Türkiyədən və eləcə də bir çox xarici ölkələrdən: Almaniya, Rumıniya, Niderland Krallığından, Makedoniya, Polşa, Moldova, Braziliya, Hindistan, Əlcəzair və başqa xaricdən ölkələrdən də elm adamları, kriminalistlər, hüquqşünaslar da iştirak edirdi.

Tədbirdə iştirak və çıxış etmək üçün dünyanın 15-dən çox ölkəsindən, eləcə  Türkiyədən 450-yə yaxın məruzə göndərilib. Bunların içərisindən cəmi 43 məruzə seçilərək “I Beynəlxalq Cinayət Tədqiqatları Simpoziumu”nun proqramına salııb.

Bu Beynəlxalq Simpoziumda Azərbaycan Respublikasını 1 nəfər- AMEA Folklor İnstitutunun “Müasir folklor” şöbəsinin aparıcı elmi işçisi, fil.ü. f. d., dosent Tahir Orucov təmsil edib.

T. Orucov Beynəlxalq Simpoziumun 4-cü oturumunda -"Farklı Ülkelerden Uyğulama Örnekleri" bölümündə "Almaniyada Çuç Soruşturma Sistemi: Suçların Açılması ve Soruşturulması" mövzusunda məruzə ilə çıxış edib, Türkiyə Polis Akademiyasının Rektoru Yılmaz Çolağın imzası ilə "Təşəkkürnamə" alıb.

Simpozium oktyabrın 23-də başa çatıb.

22
Vumart və Güvən reklamı Vumart Güvən