İranın Azərbaycanla sərhəddə təliminə ABŞ-dan REAKSİYA

 14:33 25.10.2022     285

“Vaşinqton Cənubi Qafqazda sabitlik görmək istəyir”.

Redaktor.az "Vestnik Kavkaza"ya istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə bildirib.

İranın Azərbaycanla sərhəddə keçirdiyi son hərbi təlimlərdən danışan Prays vurğulayıb ki, ABŞ regionda sabitlikdə maraqlıdır.

“Biz regionda Ermənistanla Azərbaycan arasında gərginliyi azaltmaq və eyni zamanda daha ciddi gərginliyin qarşısını almaq üçün bu ölkələrlə işləyirik”.

Vumart və Güvən reklamı Vumart Güvən