Makron özü cəsarət edə bilmədiyini Papadan xahiş etdi

 15:01 25.10.2022     343

Fransa Prezidenti Emmanuel Makron Roma Papası Fransiskdən Rusiya Prezidenti Vladimir Putin və Patriarx Kirill ilə telefon əlaqəsi saxlamağı xahiş edib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, o, Ukrayna müharibəsinin başa çatmasını tezləşdirmək məqsədilə bu xahişi edib.

Bildirilir ki, 55 dəqiqəlik audiensiya zamanı Makron pontifikdən Prezident Putinə, Patriarx Kirillə, eləcə də ABŞ Prezidenti Co Baydenə zəng etməyi xahiş edib. Makron Fransiski Ukraynada sülhü təşviq etməyə çağırıb.

Fransa lideri hesab edir ki, Fransisk Baydeni Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə çağıra bilər.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən