Zelenski Britaniyanın yeni baş nazirini təbrik etdi

 17:31 25.10.2022     379

Ukrayna Prezidenti Volodimir Zelenski Rişi Sunakı Böyük Britaniyanın Baş naziri vəzifəsinə başlaması münasibətilə təbrik edib.

Redaktor.az xəbər verir ki, bu barədə Zelenski özünün Tviter hesabında yazıb.

"Rişi Sunakı Böyük Britaniyanın Baş naziri vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edirəm! Sizə bu gün Britaniya cəmiyyətinin və dünyanın üzləşdiyi bütün çətinliklərin öhdəsindən uğurla gəlməyi arzulayıram", - dövlət başçısı bildirib.

Zelenski Ukrayna-Britaniya strateji tərəfdaşlığını birlikdə daha da gücləndirməyə hazır olduğunu vurğulayıb.

Turan İSMAYIL