"Putin Xersonun təslim olmasına görə narahatdır" - Politoloq
"Kreml indi ən mühüm vəzifəni həll edir. Onlar təbii ki, Rusiyanın strateji məğlubiyyətə uğradığını başa düşürlər. Amma indi Putin yaxınlaşan azadlığa, Xersonun təslim olmasına görə narahatdır. O, başa düşür ki, hərbi baxımdan, təslim olmaq labüddür, amma siyasi baxımdan mümkün deyil".
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu fikri AZADLIQ telemarafonunda politoloq Andrey Piontkovski səsləndirib.
Politoloqun sözlərinə görə, hazırda Moskvada Xersonla bağlı fəaliyyət planı yetişir. Xüsusən də bu bölgədən çəkilməni öz vətəndaşlarına necə izah edəcəklərini düşünürlər.
“Onlar Xersonu müdafiə edəcəklər, indi planlarına uyğun olaraq, küçə döyüşlərinə hazırlaşırlar... Ancaq çətin ki, Ukrayna ordusu Stalinqradda küçə döyüşləri aparan Alman Vermaxtının səhvini təkrar etsin. HİMARS-a zərbə vurmağa davam edəcəklər. Mənə elə gəlir ki, onların planı belədir - Xersonun təslim olması kimi əhəmiyyətsiz hadisəni informasiya məkanından sıxışdırıb çıxarmaq. Onu daha böyük hadisə ilə udmaq - "Ukrayna hərbçilərinin dəhşətli cinayətləri ", Kaxovka su elektrik stansiyasını və ya bombanı partlatmaq. Və ya hər ikisini eyni anda. Onda siz mülki əhalinin və Rusiya hərbçilərinin həyatını xilas etmək üçün Xerson yaxınlığındakı "xoş niyyət jesti" və "cəbhəni bərabərləşdirmək" məğlubiyyətini izləyə bilərsiniz. Yadınızdadırsa, bu oliqofreninin əfsanəvi nitqində belə bir motiv səslənirdi", - deyə o qeyd edib.
Qeyd edək ki, avqust ayından etibarən Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı cənub istiqamətində davam edir. Oktyabrın 21-dək Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində artıq 80-dən çox yaşayış məntəqəsini azad edib.
Turan İSMAYIL












