Pentaqonun keçmiş rəhbəri öldü

 17:50 25.10.2022     171

2015-2017-ci illərdə ABŞ-ın müdafiə naziri olmuş Eşton Karter 68 yaşında vəfat edib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Fox News"un müxbiri Cennifer Griffin öz "Twitter" səhifəsində dərc etdiyi məlumatda deyilir:

“Dərin kədərlə keçmiş müdafiə naziri Eşton Karterin ailəsindən onun Bostonda 68 yaşında qəfil infarktdan vəfat etməsi xəbərini aldıq”.

Qeyd edək ki, siyasətçi, fizik, təhlükəsizlik məsələlər üzrə ekspert Eşton Boldyin Karter 1954-cü il sentyabrın 24-də ABŞ-ın Penselvaniya ştatının Fiiladelfiya şəhərində anadan olub.

Eşton Karter Rusiyanı ABŞ üçün qlobal təhlükə sayırdı.

Tunar Altunbay