Bayden Rusiyadakı amerikalı məhkumların geri qaytarılması üçün hər şeyə razıdır

ABŞ prezidenti Co Bayden Rusiyada məhkum olunmuş amerikalıların vətənlərinə qaytarılması üçün fövqəladə tədbirlər görməyə və çətin qərarlar qəbul etməyə hazırdır.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyada narkotik qaçaqmalçılığına görə 9 il azadlıqdan məhrum edilmiş amerikalı basketbolçu Britni Qrinerin cəzasını qüvvədə saxlaması ilə bağlı milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın bu gün yaydığı yazılı açıqlamada deyilir.
“Son həftələrdə Bayden administrasiyası bütün mövcud kanallar vasitəsilə Rusiya ilə əlaqə saxlamağa davam edir və Brittninin evə qayıtması, həmçinin həbsdə olan digər amerikalıların maraqlarını dəstəkləmək və müdafiə etmək üçün əlindən gələni edir. Prezident Bayden göstərdi ki, onun administrasiyası amerikalıları evlərinə qaytarmaq üçün fövqəladə və sərt qərarlar verməyə hazırdır”,- Sallivan bildirib.
Tunar Altunbay