Norveçdə rus casusu həbs edildi

Norveç təhlükəsizlik xidməti Tromso şəhərində Rusiyaya casusluq edən şəxsi həbs edib
Redaktor.az xəbər verir ki, bu barədə NRK telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, həbs edilən şəxs 30-40 yaşlı Braziliya vətəndaşıdır. Lakin polis onun saxta sənədlər hazırladığını hesab edir, onun Rusiya vətəndaşı olduğu və Rusiya kəşfiyyatına işlədiyi bildirilir.
Adı açıqlanmayan məhbus 2021-ci ildə Norveçə gəlib və Tromso Universitetində şimal bölgəsinin problemləri və hibrid təhlükələri öyrənib.
Həmin şəxs oktyabrın 24-də işə gedərkən hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.