Britaniyanın yeni baş naziri də Ukraynanı DƏSTƏKLƏDİ

Böyük Britaniyanın yeni təyin olunmuş Baş naziri Rişi Sunak Ukrayna Prezidenti Vlodimir Zelenski ilə telefon danışığı aparıb.
Redaktor.az-ın xarici mediaya istinadla məlumatına görə, baş nazir Ukrayna liderini əmin edib ki, Londonun Kiyevə dəstəyi onun səlahiyyət müddəti ərzində eyni səviyyədə qalacaq.
Bundan başqa, hər iki tərəf Moskvaya təzyiq göstərmək məqsədilə Rusiyaya qarşı davamlı iqtisadi sanksiyaları dəstəkləyib.
Rişi Sunak Ukrayna prezidenti ilə tezliklə görüşəcəyini də bildirib.
Xatırladaq ki, Britaniyanın bundan öncəki baş nazirləri Boris Conson və Liz Trass da Rusiya-Ukrayna müharibəsində Kiyevə böyük dəstək nümayiş etdiriblər.
Həmidə İbrahimova