Putin Britaniyanın yeni baş nazirini niyə təbrik etmədi? - Peskov AÇIQLADI
Rusiya Prezidenti Vladimir Putin Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunakı təbrik etməyib.
Redaktor.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Putinin Rişi Sunakı Baş nazir seçilməsi münasibəti ilə təbrik etməməsinin səbəbini də açıqlayıb:
"Çünki Britaniya dost olmayan ölkədir".
T.İSMAYIL












